Patentin adı: Dəzgah avadanlıqları üçün sürtkü yağları

Alınma tarixi və nömrəsi: İ 2018 0042

Qısa məzmunu:
Dəzgah avadanlıqlarının yağlanması üçün yeni ИСП–40 markalı sürtkü yağı işlənilmişdir. Bu yağ dəzgah avadanlıqlarının yağlanmasında istifadə edilən sənaye yağlarına qoyulan tələblərə tam cavab verir və məlum yağdan fərqli olaraq paslanmaya qarşı daha yüksək mühafizəedici və yağlayıcı xassələrə malikdir.

Müəlliflər: Cavadova Həqiqət Əliəşrəf qızı, Cavadova Elmira Mehdi qızı, Ramazanova Yulduz Böyükağa qızı, Dadaşova Təranə Adil qızı.