Patentin adı: Universal sürtkünün alınma üsulu

Alınma tarixi və nömrəsi: İ 2018 0043

Qısa məzmunu:
Sürtkünün işlənilmiş yeni alınma üsulunda mineral yağ oksidləşmiş pambıq yağının litium sabunu və emulsiya boyası ilə qatılaşdırılır, mis asetatın duzlarının parçalanmasından əmələ gələn Cu, CuO, Cu2O nanohissəcikləri daxil edilir. Bu üsulla alınmış sürtkü yüksək stabilliyə, adgeziya keyfiyyətlərinə, korroziya, siyrilmə və yeyilməyə qarşı yüksək keyfiyyət göstəricilərinə malik olur.

Müəlliflər: Fərzəliyev Vaqif Məcid oğlu, Məmmədov Sabir Əhməd oğlu, Qasımova Nazilə Abdul qızı, Əsgərova Kəmalə Tağı qızı, Seyidov Mir İsmayıl Yaqub oğlu, Hüseynov İsa Şahruddin oğlu, Ladoxina Nina Petrovna, Əliyev Eldar Yusif oğlu, Məmmədov Vahid Hacı oğlu.