Image

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA)

Yüksək Texnologiyalar Parkı (YT Park)

GÜZƏŞTLƏR

Yüksək Texnologiyalar Parkı MMC:

1. Mənfəət vergisi – parklarının infrastrukturunun tikintisinə və saxlanılmasına yönəldilmiş hissəs;

2. Əlavə Dəyər vergisi – parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında);

3.  Əmlak vergisi – parkların ərazisində yerləşən əmlaklarına görə;

4.  Torpaq vergisi – parkların ərazisində istifadə etdiyi torpaqlara görə;

5. Gömrük rüsümü  – parkların infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında).

 

Rezident – qeydiyyata alındığı tarixdən 7 il müddətinə:

1.  Gəlir vergisi – hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs parkdakı fəaliyyətdən əldə etdiyi gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla)

2.  Mənfəət vergisi – parkdakı fəaliyyətdən əldə etdikləri gəlir;

3. Əlavə Dəyər vergisi – parkda istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında);

4.  Əmlak vergisi – parkda olan əmlakına görə;

5.  Torpaq vergisi – parkda istifadə etdikləri torpaqlara görə;

6. Gömrük rüsümü – istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı (müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında).