Dünyada ilk "yaşıl" investisiya fondu yaradılacaq
Yaponiyanın Mərkəzi Bankı iqlim dəyişikliyi problemlərinin həlli yolunda karbon qazının emissiyasının 2050-ci ilədək sıfıra endirməyi hədəfləyən dövlət proqramını nəzərə alaraq, özünün ilk "yaşıl" investisiya fondunun yaradacağını elan edib.
france24.com saytının məlumatına görə, fondun təsis edilməsi prosesinə bu il başlanacağı gözlənilir. Fond ümumi iqtisadi artıma yönələn hazırkı proqramın davamçısı olacaq. İqlim dəyişikliyi məsələləri iqtisadi fəaliyyətdəki irəliləyişə və qiymətlərə, habelə maliyyə şərtlərinə orta və uzunmüddətli perspektivdə böyük təsir göstərə bilər. Bu səbəbdən bank özəl sektorun səylərini dəstəkləməyin uzunmüddətli dövrdə makroiqtisadiyyatın sabitləşməsinə kömək edəcəyini düşünür.
Qeyd edək ki, Yaponiya Bankı hazırda da COVID-19 pandemiyası ilə bağlı qəbul etdiyi tədbirləri davam etdirir və "quantative easing" siyasətinə əməl edir.