Holoqram vasitəsilə toxunmaq və hiss etmək mümkün olacaq
Qlazqo Universitetinin alimləri hava təzyiqi vasitəsilə hiss edilə bilən holoqram sistemi hazırlayıblar. İxtira əl hərəkətlərinə cavab olaraq insana kifayət qədər hava təzyiqinin təsir etməsini nəzərdə tutub.
theconversation.com saytı məlumat verir ki, yeni sistemin sınaqları zamaı basketbol topundan istifadə edilib. Uğurlu keçən sınaqlar zamanı topa toxunmaq, yuvarlamaq, hətta zərbə endirmək mümkün olub. Hava axını barmaqlara, əllərə, biləklərə toxunma hissi verir.
Yaxın gələcəkdə bu texnologiyanın inkişaf etdirilməsi ilə dünyanın müxtəlif ölkələrində olan iş ortaqları və ya digər şəxslərlə əl sıxıb görüşmək, o cümlədən onların qoxusunu hiss etmək mümkün olacaq.
Elm üçün böyük sıçrayış hesab olunan bu ixtira nəticəsində insanların virtual avatarları realdan seçilməyəcək.
Tədqiqatçıların sözlərinə görə, isti və soyuq səthələri hiss etmək üçün hava axının temperaturunun dəyişdirilməsi də nəzərdə tutulur.
Bu ixtiranın tibbdə, eləcə də video-oyunlarda və videokonfranslarda yeni imkanlar açacağı gözlənilir.