Honkonq Universiteti alimlərindən qeyri-adi ixtira. Udulmuş kiçik cisimlərin orqanizmdən xaric edilməsini təmin edən elastik robot hazırlanıb
Honkonq Universiteti alimləri tərəfindən qeyri-adi robot hazırlanıb. Maqnit və palçıqdan ibarət mexanizm professor Li Zhang və həmkarları tərəfindən ixtira olunub. Lenta.ru saytının məlumatına görə, “Advanced Functional Materials” jurnalında dərc olunmuş məqalədə bildirilir ki, yumşaq və elastik olan bu robot insan bədəninə daxil olub udulmuş maddələrin və ya kiçik cisimlərin xaric edilməsini təmin edir.
Mütəxəssislərin fikrincə, yumşaq robot 1,5 millimetr diametrli çox dar kanallara belə nüfuz edə bilir. O, öz strukturuna görə ən kiçik obyektləri tutmaq imkanına malikdir. Bundan sonra həkimlər maqnitlərdən istifadə edərək robotu orqanizmdən çıxarırlar.
Texnologiyanın kifayət qədər təhlükəsiz və effektiv olduğu müəyyən edilərsə, o, həkimlərə udulmuş əşyaları götürməyə və əvvəllər praktiki olmayan yerlərdə robotları yerləşdirməyə kömək edə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.