Avropa İttifaqında superkompüter istehsalına 8 milyard sərmayə ayrılır
Avropa Komissiyası "rəqəmsal suverenlik" üçün Avropa İttifaqında öz superkompüterlərinin istehsalına 8 milyard avro sərmayə yatırmaq niyyətindədir.
Bunu Avropa Parlamentinin sessiyasında Avropa İttifaqında işlərin vəziyyətinə dair illik çıxışı zamanı Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyan edib.
Bu barədə AMEA Yüksək Texnologiyalar Parkı "Tass.ru" saytına istinadən xəbər verir. "Rəqəmsal suverenliyə nail olmaq üçün öz superkompüterlərimizin istehsalına 8 milyard avro sərmayə yatıracağımızı elan etməkdən məmnunam", – deyə Avropa Komissiyasının rəhbəri bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı yüksək texnologiyalar sahəsində ön sıralarda olmalıdır və bunun üçün investisiyalar lazımdır.