Çində bulud texnologiyaları Data Mərkəzi inşa edilir
Çinin Tibet Muxtar Bölgəsinin mərkəzi Lhasa şəhərindəki yüksək texnologiyalar parkında ən yüksək ərazidə yerləşən bulud texnologiyaları Data Mərkəzi inşa edilir.
economictimes.indiatimes.com saytı xəbər verir ki, layihənin birinci mərhələsi gələn il yekunlaşacaq və burada 10 min server yerləşəcək.
Bu zaman ildə 1,5 milyard yuan (223,5 milyon ABŞ dolları) gəlir əldə olunacaq.
Dəniz səviyyəsindən 3 650 m yüksəklikdə fəaliyyət göstərəcək yeni mərkəzin operatoru “Ningsuan Technology Group” şirkətidir.
Şirkətdən bildirilib ki, layihəyə ümumilikdə 11,8 milyard yuan (1,76 milyard ABŞ dolları) sərmaye qoyulacaq. Layihə çərçivəsində video yerləşdirmə, pilotsuz nəqliyyat sistemləri, məsafəli tədris materiallarının ehtiyat yüklənməsi (hard disc) kimi xidmətlər təklif ediləcək.
Çinin başlıca şəhər və əyalətlərilə yanaşı, yeni mərkəzin qonşu Pakistan, Nepal, Banqladeş, Cənub-Şərqi Asiya ölkələri ilə də əməkdaşlıq edəcəyi gözlənilir.