Yeni material məlumatları yüksək temperaturda sürətli ötürməyə kömək edəcək
Yaponiyanın Kyusyu Universitetinin alimləri tərəfindən hazırlanmış silisium-polimer modulyator hətta yüksək temperaturda məlumatları sürətli ötürə bilir.
www.hightech.fm saytının məlumatına görə, "Nature Communications" jurnalında məlumatları 110 selsi dərəcəyədək temperaturda 200 Gb/san sürətlə ötürə bilən hibrid silisium-polimer modulyatorlar haqqında araşdırma dərc edilib.
Tədqiqatçılar izah ediblər ki, yüksəksürətli məlumatların ötürülməsinə tələbatın kəskin şəkildə artığı son illərdə optik rabitə məlumatların ötürülməsi üçün bir çox lazımi qoşulmalarda mərkəz rolunu oynayır. Məlumatları elektrooptik materialdan keçən işıq dəstəsinə yerləşdirən modulyator onun vacib komponentidir.
Hazırda əksər modulyatorlarda elektrooptik material kimi qeyri-üzvi yarımkeçiricilər və ya kristallardan istifadə olunur. Lakin üzvi polimerlərin istifadə olunduğu qurğuların üstünlüyü ondan ibarətdir ki, onları ucuz qiymətə keyfiyyətli elektrooptik xüsusiyyətlərə malik şəkildə istehsal etmək mümkündür.