Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub
Çin ilk dəfə süni intellekt sahəsində patentlər üzrə lider olub. Bu haqda Çin Kiberməkan Tədqiqatları Akademiyası direktorunun müavini Li Yuysyao “WIC” (World Internet Conference) konfransında deyib.
dailycomm.ru saytının məlumatına görə, 2019-cu ildə Çin şirkətləri və ixtiraçıları süni intellekt texnologiyaları ilə bağlı patentlərin qeydiyyatı üçün 110 mindən çox müraciət təqdim ediblər. Əvvəlki illərdə bu istiqamətdə liderliyi ABŞ qoruyub saxlayırdı. 2019-cu ildə isə ABŞ-dan süni intellekt texnologiyaları ilə bağlı patentlər üçün edilmiş müraciətlərin sayı açıqlanmır.
"Çin informasiya texnologiyaları sahəsində öz müstəqilliyini və texnologiya imkanlarını gücləndirir", – deyə Li Yuysyao bildirib.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Çində süni intellekt texnologiyaları ən çox videomüşahidə, maliyyə sektoru, marketinq və nəqliyyat sahələrində istifadə olunur.