Çin orbitə 5 peyk çıxarıb
Çin bu gün göyərtəsində beş peyk olan “Çançjen-8” (CZ-8) adlı ən müasir raket daşıyıcısını uğurla orbitə çıxarıb.
3dnews.ru xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Raketin Haynan əyalətindəki Vençan kosmodromundan hərəkətə başladığı qeyd olunur.
Uçuşa başladıqdan 15 dəqiqədən sonra “CZ-8” 512 km yüksəklikdə geosinxron orbitə çatıb. Orada raketdən beş peyk – bir sınaq aparatı və dörd xüsusi zond ayrılıb.