“Apple” pilotsuz avtomobil istehsal etməyi planlaşdırır
Texnologiya nəhəngi "Apple" şirkəti 2024-cü ilədək inqilabi batareyalarla təchiz edilmiş pilotsuz sərnişin avtomobili istehsal etmək niyyətindədir.
popmech.ru saytının məlumatına görə, ABŞ şirkəti hələ 2014-cü ildə "Project Titan" kimi tanınan layihə çərçivəsində öz avtomobilinin hazırlanması ilə məşğul olmağa başlayıb. Məlumata görə, o vaxtdan etibarən şirkət bu istiqamətdə xeyli irəliləyiş əldə edib və indi öz müştəriləri üçün avtomobil istehsal etmək niyyətindədir.
Qeyd olunur ki, "bir elementli" batareyanın akkumlyator batareyasının içərisində çox az yer tutması onun əsas üstünlüyü olacaq.
Yeni avtomobilin dizaynı və istehsal üzrə partnyor barədə hələ ki, məlumat verilmir.