İsveçdə 5G şəbəkəsinin yaradılmasında 4 şirkət iştirak edəcək
İsveçdə yeni nəsil mobil şəbəkələr üçün tezlik hərracı baş tutub və 5G şəbəkəsinin yaradılmasında iştirak edəcək dörd operator müəyyənləşdirilib.
morningstar.com saytı xəbər verir ki, bu barədə ölkənin Poçt və Telekommunikasiya İdarəsi (PTS) məlumat verir.
Bildirilir ki, 3.5 GHz və 2.3 GHz tezlik diapazonlarında tenderi "Hi3G Access", "Net4Mobility", "Telia Sverige" və "Teracom" şirkətləri qazanıblar. Tezliklərin satışından əldə edilən ümumi məbləğ 2,3 milyard kron (250 milyon dollar) təşkil edib.
Qeyd edək ki, oktyabrın 20-də ilk 5G tezlik hərraclarının keçirilməsi təşkil olunan zaman milli təhlükəsizlik baxımından iştirakçılar üçün bir sıra tələblərin hazırlandığı elan edilmişdi.
1 yanvar 2020-ci il tarixində qüvvəyə minən qanunvericiliyə uyğun olaraq, tenderə dair müraciətlərə baxılması qeyd olunan diapazonlarda radio avadanlıqlarının istifadəsinin İsveç təhlükəsizliyini pozmamasını təmin etmək üçün İsveç Silahlı Qüvvələri və Təhlükəsizlik Polisi ilə məsləhətləşərək həyata keçirilmişdir.