Dünyada süni intellektə malik ilk yaddaş qurğusu
“Samsung” şirkəti dünyada inteqrasiya edilmiş süni intellekt blokuna malik “HBM-PIM” adlandırılan ilk yaddaş qurğusunu təqdim edib. Süni intellektlə bağlı tapşırıqları yerinə yetirərkən sistemin məhsuldarlığını 2 dəfə yüksəldən yenilik enerji sərfiyyatını 70%-dən çox azaltmağa imkan verir.
4pda.ru saytı yazır ki, “Samsung” şirkətinin nümayəndəsinin sözlərinə görə, müasir hesablama sistemlərinin əksəriyyəti məlumatların işlənməsi zamanı milyonlarla mürəkkəb tapşırıqları yerinə yetirmək üçün ayrı prosessor və yaddaş bloklarından istifadə edirlər. Məlumatların ardıcıl işlənməsi onların daima komponentlər arasında mübadiləsini tələb edir ki, bu da bütün sistemin işini ləngidir. Bu problemin həlli üçün hazırlanmış “HBM-PIM” yaddaş qurğusu böyük həcmdə məlumatları paralel emal etməyə imkan verir.