Mərakeşdə güclü superkompüterə malik Data Mərkəz istifadəyə verilib
Mərakeşin paytaxtı Rabat şəhərində VI bin Muhəmməd əl-Həsən Politexnik Universiteti “Tier III” səviyyəli Data Mərkəzini rəsmi olaraq istifadəyə verib. Mərkəzdə Afrikanın ən güclü məhsuldar hesablamalar kompleksi yerləşir. Yeni superkompüter Atlas dağlarının ən yüksək zirvəsi şərəfinə “Toubkal” adlanır.
servernews.ru resursu yazır ki, superkompüterin əsasını “Intel Xeon Platinum 8276L” prosessorları ilə təchiz edilən “Dell Poweredge C6420” serverləri təşkil edir. Bu çiplərə eyni anda 56 təlimat axınını emal etmək imkanına malik 28 hesablama nüvəsi daxildir. Nominal takt tezliyi 2,2 hers, maksimal 4 hers təşkil edir. Kompleksin tərkibində “Mellanox Infiniband HDR100” interkonnektindən istifadə olunub. Saxlancın tutumu 8 patebayta bərabərdir.
“Toubkal” superkompüterinin məhsuldarlığı 3,15 petaflops, pik məhsuldarlığı isə 5 petaflops səviyyəsindədir. Superkompüter sonuncu TOP500 reytinqində 98-ci yeri tutub, MDB-də ən məhsuldar superkompüterlərin aktual “TOP50” reytinqində isə üçüncü yerlə kifayətlənib.
“Toubkal” sistemi artıq yeni Afrika superkompüter mərkəzində quraşdırılıb. Kompleksin yaradılması təşəbbüsü Böyük Britaniyanın Kembric Universiteti tərəfindən dəstəklənib. Superkompüterdən süni intellekt, Əşyaların interneti, məlumat analitikası, genom tədqiqatları və s. ilə əlaqədar problemlərin həlli üçün istifadə olunması nəzərdə tutulur.