“Virgin Galactic” kosmosa turlar üçün yeni gəmisini təqdim edib
"VSS Imagine" kosmik gəmisinin ilk sınaqlarına cari ilin yayında başlanılacaq.
Kosmik turizmlə məşğul olan "Virgin Galactic" şirkəti öz yeni gəmisini təqdim edib. Çoxdəfəli istifadə üçün nəzərdə tutulan kosmik gəmi "VSS Imagine" adlandırılıb.
hi-tech.mail.ru saytının məlumatına görə, yeni gəmi hazırda kosmik turizm sahəsində biznesin işə salınması üzrə “Virgin Galactic”in əsas rəqibi olan “SpaceShipTwo”dan daha sürətli təkrar istifadə üçün nəzərdə tutulub. Gözlənilir ki, şirkət ilk ticari uçuşları artıq 2022-ci ildə təklif etməyə başlayacaq.
"VSS Imagine" modul prinsipi üzrə layihələndirilib. O, "SpaceShipTwo"dan daha az çəkiyə malikdir.
Onun ilk sınağı zamanı gəmi təyyarədə havaya qaldırılacaq, sonra o özü Yer kürəsinə qayıdacaq.