Rusiyada ərazilərin minalardan təmizlənməsi üçün yeni ağır robot istehsal ediləcək
Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyada Silahlı Qüvvələrin maraqları üçün minalardan təmizləmənin ən yeni ağır robot-texnika kompleksi işlənilir.
popmech.ru saytı xəbər verir ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu müxtəlif təyinatlı robot-texnika komplekslərinin işlənildiyi və istifadəyə verildiyi ərazidə istehsal-texnologiya komplektasiyası ilə bağlı dövlətin sifarişinin icrası vəziyyətini nəzərdən keçirib.
Müdafiə Nazirliyindən bildirilib ki, 2022-ci ildə yeni robotların ilk təcrübə nümunələrinin buraxılışı gözlənilir.
Mühəndis qoşunlarının müdiri, general-leytenant Aleksandr Staviskiy məlumat verib ki, hazırda qoşunlara gətirilmiş “Uran-6”dan başqa, minalardan təmizləmə üçün ağır robotların yaradılması üzrə eksperimental konstruktor işləri aparılır. Ərazinin minalardan təmizlənməsi üçün yeni komplekslər əhəmiyyətli dərəcədə daha güclü tank əleyhinə minalar üçün nəzərdə tutulacaq.