Yaponiyada hidrogen mühərrikli avtomobil yarışa qatılıb
Yaponiyada hidrogen yanacağı ilə işləyən mühərrikli, ekoloji cəhətdən təmiz yeni növ avtomobil yarışda iştirak edib.
rossaprimavera.ru saytı xəbər verir ki, “Toyota” şirkəti tərəfindən hazırlanmış avtomobil hidrogen yanacağı ilə işləyir. Bu hidromobil bütün dünyada avtomobil istehsalçılarının karbon qazı yaymayan elektromobillərin istehsalını tənzimləməyə çalışdığı bir vaxtda yarışa qatılıb.
Bildirilir ki, dözümlülük uğrunda 24 saat davam edən yarış mayın 22-də Şizuoka prefekturasında start götürüb.
Qeyd edilir ki, çox az miqdarda karbon qazı yayan hidromobilin mühərriki benzin əvəzinə hidrogen ilə hava qarışığını yanacaq kimi işlədir.
Yarış zolağında onun saatda 200 kilometr sürətlə hərəkət etdiyi də bildirilir.