AMEA Yüksək Texnologiyalar Parkında qarşıya qoyulan məqsəd və vəzifələrlə bağlı iclas keçirilib
19 avqust 2020-ci il tarixdə “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru Vasif Abbasov inzibati binanın Akt zalında kollektivlə görüşüb.
Qurumun rəhbəri giriş nitqində qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) üçün əsas prioritet istiqamətlərdən birini təşkil edən AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) mövcudluğu dövlətimizin elmin inkişafına diqqət və qayğısının göstəricisidir.
Vasif Abbasov bildirib ki, qarşıya qoyulan əsas məqsəd göstərilən etimadı doğrultmaq, daha çox səriştə və məsuliyyət nümayiş etdirməklə qarşıya qoyulan vəzifələri vicdanla yerinə yetirməkdir.
Direktor kollektivin üzərinə düşən vəzifələrin birmənalı şəkildə icrasının vacibliyini vurğulayaraq diqqətə çatdırıb ki, AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətinin səmərəliliyinin daha da artırılması, texnoparkın hərtərəfli inkişafının təmin edilməsi uğrunda hər bir əməkdaş yaxından iştirak etməli, qarşıya qoyulan təxirəsalınmaz vəzifələrin uğurla yerinə yetirilməsi üçün bütün qüvvə və bacarıqlar sərf edilməlidir.