Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü - 30 Noyabr
Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 33 ildir ki, dünyada qeyd olunur. 1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası noyabrın 30-nu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan edib.
AZƏRTAC xəbər verir ki, bu günün təsis edilməsində məqsəd hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.
1988-ci il noyabrın 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər. O vaxtdan Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.