AMEA Yüksək Texnologiyalar Parkının ətraf ərazisinin abadlaşdırılması işləri aparılıb
AMEA Yüksək Texnologiyalar Parkında ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasına hər zaman böyük önəm verilir. Bu məqsədlə ərazinin daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində müntəzəm olaraq abadlıq-quruculuq işləri aparılır.
Belə ki, Parkın ətraf ərazisinin abadlaşdırılması işlərinə başlanılıb. Texnoparkın ərazisində oddan təhlükəli məhsulların istehsalının həyata keçirilməsi və ərazidə yüksək gərginlikli kabellərin olması nəzərə alınaraq texnoparkın qarşısında yerləşən Beton Zavod adlandırılan ərazidə toplanan müxtəlif tərkibli tullantıların təmizlənməsi işləri həyata keçirilib.
Hazırda ərazinin təmizliyi nəzarətdə saxlanılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.