AMEA Yüksək Texnologiyalar Parkının ərazisində Şuşanın milli simvolu olan “Xarıbülbül” gülü açıb
AMEA Yüksək Texnologiyalar Parkının ərazisində Şuşanın milli simvolu olan, təbiətin Azərbaycana bəxş etdiyi möcüzə hesab edilən “Xarıbülbül” gülü açıb.
Məlum olduğu kimi, bu gülü özəl edən əsas xüsusiyyətlərdən biri onun əsasən Şuşada, Qarabağ torpağında bitməsidir. Belə bir nadir gülün texnoparkın ərazisində çiçək açması olduqca əlamətdar hadisə kimi qiymətləndirilə bilər. Xatırladaq ki, Xarıbülbül nisgil, kədər, ağrı, həsrət simvolu hesab olunur. Qədim türk əsatirlərində Xarı bülbül (xar olmuş, qəmli bülbül) döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi kimi simvollaşdırılır.
30 il sonra 44 günlük müharibə nəticəsində Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid oğullarının Qarabağı düşmən tapdağından azad etməsi ilə Xarı bülbül də azadlığına qovuşdu. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.