Yüksək Texnologiyalar Parkının rezidentinin dəstəyi ilə əsgərlərimizə yardım paylanılıb
AMEA Neft-Kimya Prosesləri İnstitutunda yaradılmış və AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan "İNKOR" MMC ilə birlikdə istehsalı təşkil olunmuş dezinfeksiya, yuyucu, dərman vasitələri, isti geyimlər əsgərlərimizə çatdırılıb.
Əsgərlərimizə dəstək AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov və müəssisənin əməkdaşı, professor Elmira Süleymanovanın Füzuli bölgəsində əsgərlərimizlə görüşü çərçivəsində həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.