RU  EN
AMEA YTPAMEA YTP
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
    • Struktur
    • Maliyyə hesabatları
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
    • AMEA İnkişaf Proqramı
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
  • İNKUBASİYA
    • Layihələr
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ

AMEA-da Elm və texnologiya problemləri üzrə Elmi Şura yaradılacaq

AMEA Rəyasət Heyətində keçirilmiş 7 may 2021-ci il tarixli iclasda aktual elmi və texnoloji problemlərə, mühüm elmi və elmi-təşkilati məsələlərə dair çevik və peşəkar müzakirələrin təmin edilməsi,

müvafiq təkliflərin hazırlanması məqsədilə AMEA-da Elm və texnologiya problemləri üzrə Elmi Şuranın yaradılması barədə təşəbbüs irəli sürülmüş, Elmi Şuranın tərkibi barədə müvafiq təkliflərin hazırlanıb AMEA-nın prezidentinə təqdim edilməsi tapşırığı verilmişdir. AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyev Elmi Şuranın tərkibi barədə təkliflər hazırlayaraq 17 may 2021-ci il tarixli xidməti təqdimatla AMEA-nın prezidentinə təqdim etmişdir. Təqdim olunan təklifləri nəzərə alaraq:


1. AMEA-nın elmi müəssisə və təşkilatlarının hesabatları, elmi məruzələri, xaricdə uzunmüddətli ezamiyyətlərin nəticələri, yeni elmi problemlər və digər mühüm elmi və elmi-təşkilati məsələlərlə bağlı peşəkar müzakirələrin keçirilməsini, müvafiq təkliflərin hazırlanmasını təmin etmək məqsədilə aşağıdakı tərkibdə AMEA-da Elm və texnologiya problemləri üzrə Elmi Şura yaradılsın:

Akademik Ramiz Mehdiyev – AMEA-nın prezidenti, sədr

Akademik Adil Qəribov – AMEA-nın akademik-katibi, katib

Akademik Dilqəm Tağıyev – AMEA-nın birinci vitse-prezidenti

Akademik İbrahim Quliyev – AMEA-nın vitse-prezidenti

Akademik İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti

Akademik Rasim Əliquliyev – AMEA-nın vitse-prezidenti

Akademik İradə Hüseynova – AMEA-nın vitse-prezidenti

Akademik Arif Həşimov – AMEA-nın Fizika İnstitutunun baş direktoru

Akademik Vaqif Fərzəliyev – AMEA-nın Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru

Akademik Fəxrəddin Qədirov – AMEA-nın Neft və Qaz İnstitutunun direktoru

AMEA-nın müxbir üzvü Zeynal Əkpərov – AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun direktoru

2. AMEA-nın Elm və texnologiya problemləri üzrə Elmi Şurasının katibi akademik Adil Qəribova tapşırılsın ki, Elmi Şuranın fəaliyyətinin təşkilindən irəli gələn məsələlərin həlli təmin edilsin.

3. Sərəncamın icrasına nəzarət AMEA-nın birinci vitse-prezidenti, akademik Dilqəm Tağıyevə həvalə edilsin.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev

Bakı şəhəri, 19 may 2021-ci il

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.

© 2022, AMEA Yüksək Texnologiyalar Parkı

  • +994 12 376 67 56
  • office@ameaytp.az
  • Bakı şəh., Xətai ray., Əhmədli qəs., Kazımağa Kərimov 221

Axtar

  • Ana səhifə
  • HAQQIMIZDA
    • Müşahidə şurası
    • Ekspertlər şurası
    • Rəhbərlik
    • Struktur
    • Maliyyə hesabatları
  • QANUNVERİCİLİK
    • Konstitusiya
    • Qanunlar
    • Məcəllələr
    • Fərman və sərəncamlar
    • Qərarlar
    • AMEA İnkişaf Proqramı
  • REZİDENTLİK
    • Rezidentlər
    • İnkubator rezidentlər
  • İNKUBASİYA
    • Layihələr
    • Startaplar
    • Tərəfdaşlar
    • Universitetlər
    • Təlimlər və seminarlar
    • Müsabiqələr
  • PATENT
  • XƏBƏRLƏR
  • ƏLAQƏ