“Elm” qəzetində YT Parkda milli kosmetik məhsulların istehsal ediləcəyinə dair məqalə dərc edilib
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 19 fevral 2021-ci il tarixində işıq üzü görmüş növbəti sayında “AMEA Yüksək Texnologiyalar Parkı milli kosmetik məhsulların istehsalına dəstək verəcək” başlıqlı məqalə dərc edilib.
Məqalədə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Ekspertlər Şurasının növbəti onlayn iclasının “AZCOSMETICS GROUP” MMC-nin YT Parkda rezident kimi qeydiyyata alınması üçün təqdim etdiyi layihənin müzakirəsinə həsr olunduğunu bildirilir.
Vurğulanır ki, YT Parkda fəaliyyətə başlayacaq “AZCOSMETICS GROUP” MMC-də Azərbaycan məhsulu olan saç boyalarının istehalı həyata keçirəcək. Bu boyaların istehsalının təşkil olunmasının, ilk növbədə ölkəmizdən saç boyası üçün xaricə gedən valyuta axınının qarşısını alacağı, digər ölkələrdən alınan və böyük vəsait tələb edən məhsullarla müqayisədə, üç dəfəyədək sərfəli qiymətə olması isə tələbatın yerli istehsal hesabına ödənilməsinə şərait yaradacağı diqqətə çatdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.