Yüksək Texnologiyalar Parkının Vətən müharibəsində iştirak etmiş əməkdaşları mükafatlandırıldılar
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Tarix yazan qəhrəman Azərbaycan Ordusu ölkəmizin haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Bu qəhrəmanlar arasında AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) əməkdaşları da var.
Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş YT Parkın şəbəkə adminstratoru Qurbanəli Azayev və Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun istehsal sahəsinin aparatçısı Razi Nuriyev texnoparkın rəhbərliyi tərəfindən “Təşəkkürnamə” və mükafatla təltif ediliblər.
Qeyd edək ki, Q.Azayev Kəlbəcər istiqamətində, R.Nuriyev isə Qubadlıda gedən döyüşlərdə iştirak edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.