Yeni inkubasiya proqramı keçiriləcək
"İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin və Yeni Fikir MMC-nin birgə təşkilatçılığı ilə 1 Mart-31 May 2021-ci il tarixlərində inkubasiya proqramı keçiriləcək.
3 ay ərzində inkubasiya proqramında 7 seçilmiş layihənin inkişafı üçün təlim və mentorluq xidməti veriləcək. Müddət bitdikdən sonra ən yaxşı nəticə göstərmiş layihə təsisçisinin Silikon Vadisinə göndərilməsi planlaşdırılır.
Qeydiyyat üçün linkə daxil olmaq kifayətdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ameaytp.az saytına istinad zəruridir.