AMEA YT Parkında Beynəlxalq Mükafatlandırma Sammitinin təqdimat mərasimi keçirilib

AMEA YT Parkında Beynəlxalq Mükafatlandırma Sammitinin təqdimat mərasimi keçirilib 
13 iyul 2018-ci il tarixində AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzində ASAN xidmət tabeliyində olan “İnnovasiyalar Mərkəzi”-nin nümayəndələri AMEA YT Parkın startapları ilə görüş keçirib. 
Görüşdə Beynəlxalq Mükafatlandırma Sammiti (WSA) layihəsi haqqında məlumat verilib.
“İnnovasiyalar Mərkəzi”-nin nümayəndəsi Sona Göyüşlü müsabiqəsinin məqsədi və şərtləri barədə təqdimatla çıxış edərək, Startaplara beynəlxalq müsabiqənin imkanları barədə geniş məlumat verib..
Daha sonra çıxış edən layihə rəhbəri Asya Rüstəmli Beynəlxalq Mükafatlandırma Sammitinin yüksək sosial təsirə malik olan dünyanın ən yaxşı rəqəmsal innovasiyalarının – (website-lar, mobil tətbiqlər və interaktiv qurğular) seçimini və qlobal tanıtımını həyata keçirən demokratik mükafatlandırma sistemi olduğunu bildirib. Mükafatlandırma haqqında məlumatları qonaqların diqqətinə çatdırıb.

Sonda iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

13.07.2018