AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi “KITAB" layihəsini inkubasiya proqramına qəbul etmişdir.
“KITAB” layihəsi cəmiyyətdə kitab oxumanın təbliğ edilməsi, kitablar haqqında sistemli informasiyanın toplanması, statistik məlumatların hazırlanması kimi bir funksiyaları icra edən onlayn platformadır.
AMEA YT Parkın Biznes İnkubasiya Mərkəzi layihəyə dəstək məqsədi ilə layihə komandasını iş mühiti ilə təmin edəcəkdir. Həmçinin mentorluq və məsləhətçilik xidmətləri ilə layihə inkişaf etdikdən sonra nəticəyə əsasən investorlar ilə görüşü təşkil olunacaqdır.