Bu gündən Nobel həftəsi başlayır.
Laureatlar Stokholm və Osloda elan olunacaqlar. Bildirilir ki, bu gün fiziologiya və tibb üzrə qalibin adı elan ediləcək. Oktyabrın 3-də fizika, 4-də kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Ədəbiyyat kateqoriyasında qalib oktyabrın 5-də, Sülh Mükafatının qalibi isə oktyabrın 6-da bəlli olacaq. Oktyabrın 9-da Alfred Nobelin adını daşıyan, lakin vəsiyyətində qeyd olunmayan iqtisadiyyat üzrə mükafatın sahibləri açıqlanacaq.
Bu ilki mükafat 11 milyon İsveç kronu (1,7 milyon manat) olacaq.
Müraciət edənlərin siyahısı ənənəvi olaraq gizli saxlanılır. Qaydalara əsasən, Nobel Komitəsi müvafiq tədqiqat sahəsində çalışan təxminən üç min nüfuzlu alimə əvvəlcədən bütün dünyada sorğu vərəqələri göndərir. Onlar mükafata layiq bildikləri həmkarlarının adlarını qeyd edirlər