AMEA Yüksək Texnologiyalar Parkı ilə ANAMA arasında əməkdaşlıq məqsədi ilə Niyyət Sazişi imzalanıb
Oktyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA Yüksәk Texnologiyalar Parkı (“YT Park”) ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) arasında əməkdaşlıq məqsədilə Niyyət Sazişinin imzalama mərasimi olub. Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev ANAMA ilə əməkdaşlığın əhəmiyyətindən danışıb. Akademik bildirib ki, bu əməkdaşlıq pilotsuz uçuş aparatları, dronlar, zirehli jiletlərin alt və üst geyim formaları, minaların zərərsizləşdirilməsi üçün xüsusi geyim və kostyumlar, müxtəlif növ hərbi sursatlar üçün fərdi modullar, çantalar və digər hərbi-mülki təyinatlı innovativ məhsulların istehsalı və satınalınmasına xidmət edəcək.
Sonra ANAMA-nın direktoru Qəzənfər Əhmədov çıxış edib. Agentliyin beynəlxalq standartlara uyğun olaraq humanitar minatəmizləmə işlərini həyata keçirdiyini deyən Q.Əhmədov ANAMA-nın fəaliyyətindən, beynəlxalq təşkilatlarla əlaqələrindən danışıb.
Rəhbərlik etdiyi qurumun AMEA ilə sıx əməkdaşlıq etdiyini vurğulayan direktor Xəzəryanı regionda ilk dəfə olaraq ölkəmizdə müdafiə tədbirləri məqsədilə bir sıra yeniliklərə imza atıldığını, sınaqların keçirildiyini qeyd edib. Bildirib ki, AMEA ilə birgə əməkdaşlığın əsas prinsipi tərəflərin elm, təlim-tədris və innovasiyaların tətbiqi istiqamətində aktual məsələlərin birgə həlli, yüksək peşəkarlığa malik kadrların hazırlanması, texnologiya transferi, layihə və proqramlarının həyata keçirilməsidir. Tədbirdə çıxış edən AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayev Niyyət Sazişi nəticəsində böyük uğurlar əldə ediləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, Sazişin əsas mahiyyəti aidiyyəti məsələlər üzrə fəaliyyətlərin planlaşdırılması və innovativ layihələrin birgə icrasıdır. F.Abdullayev bundan əvvəl də ANAMA ilə görüşlərin olduğunu xatırladıb. Mərkəz rəhbəri təklif olunan istiqamətlərdə hazırda həyata keçirilən müştərək layihələr haqqında da məlumat verib.

Sonra çıxış edən AMEA “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov Niyyət Sazişinin tərəflər arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyini deyib.
Daha sonra AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ANAMA-nın Planlaşdırma və inkişaf departamentinin rəisi Pərviz Gidayev və başqaları çıxış edib.
Tədbirdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) təşkil etdiyi yarışmada iştirakına görə AMEA-nın müxbir üzvü Əminağa Sadıqova və “Elm və Texnologiya Parkı” MMC-nin bir qrup əməkdaşına mükafat və sertifikatlar təqdim olunub.
Sonda AMEA “YT Park” ilə ANAMA arasında birgə fəaliyyətə dair Niyyət Sazişi imzalanıb. Sənəddə innovasiyaların tətbiqi sahəsində, aktual elmi istiqamətlərin müəyyənləşdirilməsi və strateji planlaşdırılmasında müvafiq əməkdaşlıq və qarşılıqlı dəstəyin verilməsi, milli müdafiə maraqları istiqamətində birgə layihələrin həyata keçirilməsi, xarici ölkələrin aidiyyəti elmi-tədqiqat institutları və elm texnologiya mərkəzləri ilə faydalı əlaqələrin yaradılması, xüsusi təlimlərin təşkili və s. məsələlər öz əksini tapır.
Sənədi “YT Park”ın direktoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru Nazim Şükürov və ANAMA-nın direktoru Qəzənfər Əhmədov imzalayıblar.