Avropa İttifaqının Şərqtərəfdaşlıq Paneli çərçivəsində növbəti konfrans keçirilib
14 dekabr 2018- ci il tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı və Avropa Komissiyasının təşəbbüskarı olduğu Şərqtərəfdaşlığı Paneli çərçivəsində növbəti konfrans keçirilib. Konfrans 2018- ci ildə görülən işlərin yekununa həsr olunub.
Tədbirdə Azərbaycan nümayəndə heyəti tərkibində AMEA Yüksək Texnologiyalar Parkı Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə də iştirak etmişdir.
Bir çox ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi konfransda müzakirə olunan mövzular bunlar idi: Tədqiqat-sənaye əlaqələri üzrə 2018-ci ildəki tədbirin müzakirəsi, “Şərq Tərəfdaşlığı Paneli”–nin son nailiyyətləri, EU4 İnnovasiya tətbiqi, Şərq Tərəfdaşlığında Araşdırma və İnnovasiyaların dəstəklənməsi və sairədir.
Konfransda müzakirə olunan bir sıra mövzular AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətinə uyğun gəlmişdir. Bunlardan - “Şərqtərəfdaşlıq Paneli 2019 – Texnologiya Transferinin öyrənilməsi” və “Avropa İnnovasiya Şurası və Horizin2020 KOS” mövzuları olmuşdur. AMEA YT Parkın Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə bu mövzuların məruzəçiləri olan Alessandro Fazio, Eva Baltar və Oscar Rodriguez-Diazla müzakirələr və fikir mübadiləsi etmişdir. Zaur Əhmədzadə AMEA YT Parkın fəaliyyəti barədə danışmış və müzakirə olunan mövzuların AMEA YT Park və onun rezidentlərinin fəaliyyətində mühüm rol oynayacağını bildirmişdir.