AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi Milli Akkreditasiyadan keçmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (AMEA SEASM) Milli Akkreditasıyadan keçmişdir.Bu akkreditasiya ilə qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elemetlərin sınağının həyata keçirilməsi nəzərdə tutulmuşdur. AMEA Yüksək Texnologiyalar Parkının strukturu akkreditasiya tələblərinə uyğun formalaşdırılmışdır. Bununla bağlı AMEA Rəyasət Heyətinin Qərarı ilə Yüksək Texnologiyalar Parkının yeni strukturu təsdiqlənmişdir. Yeni struktur bu günün müasir tələblərinə cavab verir, optimaldır və çevikdir.
Eyni zamanda Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Namiq Əliyev AMEA Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzində baxış keçirmişdir.
Görüşdə AMEA YT Parkın Strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə, laboratoriyanın müdir müavini Kamal Yusifov və laboratoriya əməkdaşları iştirak etmişlər.
AMEA SEASM-nin fəaliyyəti və iş şəraiti Azərbaycan Akkreditasiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.