Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Akademik Akif Əlizadənin 85 yaşı tamam olur
Bugün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Akademik, Əməkdar Elm Xadimi cənab Akif Əlizadənin 85 yaşı tamam olur. Məlum olduğu kimi, Akademik Akif Əlizadənin Azərbaycan Respublikasının elm və təhsilinin inkişafı naminə uğurlu və misilsiz töhfələri olmuşdur. Eyni zamanda Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. A. Əlizadənin fəaliyyəti hər zaman xalqımız və ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilib. Xeyli sayda təltif və mükafatları onun ibrətamiz fəalliyyətinin bariz nümunəsidir.
Akademik Akif Əlizadəni doğum günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, i.ü.f.d Nazim Şükürov və YT Parkın kollektivi adından ürəkdən təbrik edərək ən səmimi hörmətimizi bildiririk. Cənab A. Əlizadəyə can sağlığı, firavanlıq, tükənməz yaradıcılıq enerjisi və məsul dövləti fəaliyyətində uğurlar diləyirik.