Geologiya və Geofizika İnstitutunun alimləri patentləşdirilmiş ixtiralarını AMEA Yüksək Texnologiyalar Parkında təqdim etmişlər
27 fevral 2019-cu il tarixdə AMEA Yüksək Texnologiyalar Parkı ilə AMEA Geologiya və Geofizika İnstitutu arasında görüş keçirilib. Görüşün əsas məqsədi İnstitutun əməkdaşı t.e.ü.f.d. , professor Mirəli Alosmanın müəllifi olduğu innovasiyalı layihənin müzakirə edilməsi və bu layihənin gələcəkdə kommersiyalaşdırlması üzrə təkliflərin müzakirəsi olmuşdur.
Görüşdə AMEA YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov, İnfrastruktur üzrə müdir müavini a.e.ü.f.d. Elxan Bayramov, Strateji inkişaf üzrə müdir müavini h.ü.f.d. Məmməd Bağırzadə, AMEA YT Parkın əməkdaşları və Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini Dadaş Hüseynov, Çökmə hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri akademik Əkbər Feyzullayev, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli, t.e.ü.f.d. , professor Mirəli Alosman, AMEA-nın müxbir üzvi Qalib Əfəndiyev iştirak etmişlər.
Görüş zamanı patenləşmiş ixtiranın kommersiyalaşdırılmasının mexanizmləri haqqında fikir mübadiləsi aparılmış, AMEA Yüksək Texnologiyalar Parkının ekspertlərinin ünvanladığı suallara müəllif tərəfindən ətraflı izah və şərh verilmişdir.
Görüş zamanı patenləşmiş ixtiranın kommersiyalaşdırılmasının mexanizmləri haqqında fikir mübadiləsi aparılmış, AMEA Yüksək Texnologiyalar Parkının ekspertlərinin ünvanladığı suallara müəllif tərəfindən ətraflı izah və şərh verilmişdir.
Müəllif t.e.ü.f.d. Mirəli Alosman üzvi-mineral kompleks meliorantın 4 əsas maddədən – şlak, neft quyularının tullantı maddəsi olan şlamlar, bərk tullantılardan ibarət olan üzvi-mineral kompleks və nitrat turşusundan alındığını, aqrokimyəvi sınaqlardan keçirildiyini və əldə edilən nəticələrin müsbət olduğunu vurğulamışdır. İnnovasiyalı layihənin əsas məqsədi şorlaşmış torpaqların duzlardan təmizlənməsi və yararlı vəziyyətə gətirilməsidir.
Müzakirələrdən sonra AMEA YT Parkın direktoru i.ü.f.d. Nazim Şükürov görüşün protokollaşdırılması ilə bağlı müvafiq göstərişlər vermişdir.