AMEA YT Parkın məhsullarının satışının təşkili məqsədilə aqressiv marketinq siyasəti davam etdirilir
Respublikamızda avtomobil, sənaye və sürtgü yağlarının satışı – “Distribyutorluq fəaliyyəti” ilə məşğul olan nüfuzlu şirkətlər ilə əməkdaşlıq edilməsi məqsədilə mütəmadi işlər davam etdirilir. Belə ki, qeyd olunun şirkətlər içərisində aparıcı mövqeyə malik 1995-ci ildən fəaliyyət göstərən müəssisə ilə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Bu şirkət öz biznes sahəsini genişləndirərək dünyanın aparıcı markalarının Azərbaycan üzrə distribyutorluq fəaliyyətini həyata keçirir.
17 ölkə ilə əməkdaşlıq edən Şirkət motor və sənaye yağlarının idxalı və satışı ilə məşğul olur. Əlində cəmləşdirdiyi dünya markaları ilə firmaların, şirkətlərin, dövlət və özəl müəssisələrin, zavod və fabriklərin, avtoservislərin və pərakəndə bazarın tam təminatını qarşılamağa qadirdir.
Şirkət Azərbaycan Respublikası ərazisində Gəncə bölgəsində yerləşən Baş Ofis və Respublikanın paytaxt Bakı şəhərində yerləşən Paytaxt Ofisi üzərindən satış fəaliyyətini təşkil edib. Azərbaycan Respublikasının hər nöqtəsində satış və çatdırılma imkanına malikdir.
AMEA YT Parkda istehsal olunun “Millers Oils Azerbaijan” və “ShieldEX” brendli məhsulların satışının təşkili müzakirə edilmişdir. Xəzər hövzəsi dövlətlərdə analoqu olmayan AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti və xidmətləri də görüş zamanı müzakirə olunmuşdur.
Distribyutor təşkilatın illik satış həcminin 10 000,0 tona yaxın olduğu, fəaliyyətinin Respublikanın bütün bölgələrində təşkil etmək bacarığı təqdirə layiqdir. Satış üçün müəssisənin hər cür imkanlara malik 2 (iki) böyük anbar sahəsinin mövcudluğu, Bakı və regionlar üzrə 135 işçi sayının, 24 (iyirmi dörd) sayda operativ olaraq çatdırılma xidmətini həyata keçirən yük avtomobillərinin olması Şirkətin bu işə köklü yanaşmasından xəbər verir. Perspektivli əməkdaşlığın təşkil edilməsi üçün AMEA YT Parkda istehsal edilən məhsullarla tanışlıq məqsədi ilə biznes turun təşkil edilməsi planlaşdırıldı.