1918-ci il iyun ayının 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökuməti  ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azərbaycan Milli Ordusunun təməli qoyulmuşdu. Lakin 1920-ci ilin aprel  ayında Azərbaycan istiqlaliyyətinin süqutu ilə Milli Ordunun mövcudluğuna da son qoyulmuşdu.İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli Fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Məhz Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıdandan sonra ölkədə gərçək ordu quruculuğuna başlanmışdı.  Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü kimi elan edilmişdir.
     AMEA Yüksək Texnologiyalar Parkının kollektivi olaraq Azərbaycan xalqını 26 İyun – Azərbaycan Respublikası Silahlı qüvvələr günü və  Azərbaycan Ordusunun  yaranmasının 101 illiyi münasibətilə təbrik edirik, hərbçilərimizə  möhkəm cansağlığı, uzun ömür  və xidmətlərində uğurlar arzulayırıq