AMEA Yüksək Texnologiyalar Parkında “Qoşa qanad: VI Fizika və lirika” konfransı keçirilib
13 iyul 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkında Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqı və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Fizika və lirika” konfransı keçirilib. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, ziyalılar, ictimai xadimlər və media nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları ilk öncə AMEA əməkdaşlarının rəsm, xəttatlıq və bədii yaradıcılıq nümunələrindən ibarət sərgi ilə tanış olublar.
Tədbirə başlamazdan əvvəl Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Direktor Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında innovasiya fəaliyyətinin səmərəli mexanizmlər əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, intellektual biznesin formalaşdırılması, həmçinin kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və milli iqtisadiyyatda elmin payının artırılması istiqamətində mühüm işlərin görüldüyünü qeyd edib. Sonra elmtutumlu, yüksək texnoloji, ixrac potensiallı yüksək texnoloji milli məhsulların istehsal olunduğu YT Parkda biznes tur baş tutub. Qonaqlar ilk öncə Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzini ziyarət etdikdən sonra AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan ixrac yönümlü hazır neft məhsulları və onların istehsal prosesi ilə, həmçinin hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatları ilə tanış olublar.
Biznes turdan sonra konfrans üçün akt zalına keçid alınıb. Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli konfransın məqsədi və əhəmiyyətindən danışıb. Daha sonra konfrans Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Xəzər Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunun Mədəniyyət Evinin direktor müavini Lyubov Oreloviç və başqalarının elmi məruzələrinin dinlənilməsi ilə davam edib.
Konfransda həmçinin şeirlər səsləndirilib və AzTV-nin solisti Bəsti Qasımova mahnı ifa edib. Sonda qonaqlar üçün ziyafət süfrəsi təşkil edilib.