Yüksək Texnologiyalar Parkının enerji təchizatının dayanıqlığını təmin etmək məqsədi ilə mühəndis infrastrukturu işləri davam etdirilir
AMEA Yüksək Texnologiyalar Parkının fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Qurumun direktoru i.ü.f.d. Nazim Şükürovun göstərişi ilə mühəndis infrastrukturu şöbəsinin əməkdaşları YT Parkın alternativ enerji mənbəyi ilə təmin edilməsi işlərini davam etdirir. Bu məqsədlə fövqəladə hallar baş verdikdə AMEA Yüksək Texnologiyalar Parkını alternativ enerji ilə təmin edəcək generator quraşdırılıb.