AMEA Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsi tərəfindən "Yaşıl dəhliz" buraxlış sistemindən daimi istifadə hüququ verilmişdir
19 iyul 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən AMEA Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin 15.07.2019-cu il tarixli 1000/205 nömrəli Sərəncamı ilə ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilmişdir.