Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Yüksək Texnologiyalar Parkının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul edib
“Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikas Prezidentinin 2016-cı il 8 noyabr 2425 nömrəli Sərəncamın 3-cü bəndinə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti “Azərbaycan Milli Elmlər Akademiyası(AMEA) Yüksək Texnologiyalar Parkı haqqında Əsasnamə”nin təsdiq edilməsini qərara alıb. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevə həvalə edilib.