8 avqust 2019-cuil tarixində keçirilən operativ müşavirədə AMEA Yüksək Texnologiyalar Parkının direktoru i.ü.f.d. Nazim Şükürov dövlət qurumları tərəfindən AMEA YT Parka məhsullar üçün sifarişlərin təqdim olunmasını nəzərdə tutan məktubların təbiq edilməsi ilə bağlı aidiyatı şöbələrə göstərişlər verib. AMEA Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət satınalma mexanizminin həyata keçirilməsi ilə bağlı iş bölgülərinin aparılması Patent, sertifikatlaşdırma, marketinq və biznes inkubasiya şöbəsinə tapşırılıb.
     Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamına əsasən Nazirlər Kabinetinin 2019-cu il 10 may tarixli, 214 nömrəli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında istehsal olunan məhsullar üçün dövlət sifarişlərinin verilməsi Qaydası”nın tətbiqi ilə bağlı 17 iyul tarixindən etibarən “BİLDİRİŞ” məktubu göndərilmiş 200-dən çox dövlət qurumunun bir neçəsi məhsul seçimi ilə bağlı müraciət edib.
     Mövcud qurumların məhsullarla daha yaxından tanış olmaları məqsədi ilə infotura dəvət olunmaları qeyd edilib. Məhsulların satınalınmalarının yekunlaşması 1 Oktyabr 2019-cu il tarixinədək nəzərdə tutulub.