Akademik Laboratoriya xidmətlərinin təqdimi üzrə aqressiv marketinq tədbirləri həyata keçirilir – SGS şirkəti ilə görüş
AMEA Yüksək Texnologiyalar Parkında dünyanın aparıcı inspeksiya və sertifikatlaşdırma şirkətlərindən olan İsveçrənin SGS şirkətinin Azərbaycandakı nümayəndəliyi – “SGS-Azeri LTD” MMC ilə birgə əməkdaşlıqla bağlı geniş heyətli görüş keçirilib. Görüşdə AMEA Yüksək Texnologiyalar Parkının direktoru, i.ü.f.d. Nazim Şükürov, direktor müavini Məmməd Bağırzadə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin(SEASM) müdiri Arzu Əlizadə, keyfiyyət üzrə meneceri Kamal Yusifov, SGS Azeri LTD-nin icraçı direktoru Seymur Ağayev, keyfiyyət üzrə meneceri Lyudmilla Zaxarova, biznes meneceri Məmmədağa Rüstəmov və laboratoriya meneceri Dilarə Tağıyeva iştirak ediblər.
Görüşün sonunda nümayəndə heyəti beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş qaz, neft və neft-kimya məhsullarının sınaqlarını yüksək səviyyədə həyata keçirən Akademiya Laboratoriyası ilə tanış olub.
Mərkəzi qərargahı İsveçrədə yerləşən 97,0 min işçisi olan qlobal “SGS” şirkəti hazırda dünya üzrə çoxsaylı ofis və laboratoriyaya, eyni zamanda geniş müştəri bazasına malikdir. Şirkət AMEA Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlıdır.