Previous Next

Qurban Bayramınız Mübarək!

Qurban bayramı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzidir. Bu mübarək gündə müsəlmanlar Uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər.

Hər il Azərbaycanda böyük təntənə ilə keçirilən Qurban bayramı cəmiyyətimizdə bərabərlik və dözümlülük ovqatını daha da gücləndirir, milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın, xeyirxahlıq və mərhəmət duyğularının parlaq təcəssümünə çevrilir.

Qurban bayramı bir daha göstərir ki, öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayır. .

AMEA Yüksək Texnologiyalar Parkı olaraq Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir və bu günlərdə etdiyiniz duaların kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzu edirik. Qoy bu nurlu bayram ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət gətirsin.