AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiya Parkı” MMC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Xızı Dayaq Məntəqəsində olublar.
AMEA-nın əməkdaşları torpaqların mühafizəsi, münbitliyin artırılmasına dair mövcüd standart və normativlərə əməl olunması vəziyyəti ilə tanış olublar.
Elm və Texnologiya Parkının direktoru Cavid Şahmuradov pilotsuz uçuş aparatları ilə kənd təsərrüfatı sahəsində həyata keçirilən analitik xidmətlər haqqında görüş çərçivəsində geniş məlumat verib.
Xızı Dayaq Məntəqəsinin mütəxəssisləriylə qarşıya qoyulan vəzifələrin icrası ilə əlaqədar müzakirələr aparılıb.