Strateji Elmi Tədqiqatlar Mərkəzinin 2 saylı laboratoriyasın əsas fəaliyyət istiqaməti xüsusi təyinatlı foton və ionlaşdırıcı şüa qeydedicilərin hazırlanmasıdır. Laboratoriyanın təcrübi otaqlarının açılışı 2017-ci ilin dekabırın 18-də AMEA-nın prizdenti akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Radiasiya Problemləri İnstitunun direktoru akademiyanın müxbir üzvü Oqtay Səmədovun və Strateji Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri siyasi elmlər doktoru Fətəli Abdullayevin  iştirakı ilə baş tutmuşdur (http://www.science.gov.az/news/open/6976).

Strateji Elmi Tədqiqatlar Mərkəzinin 2 saylı laboratoriyasın təcrübi otaqlarının açılışı.

Strateji Elmi Tədqiqatlar Mərkəzinin 2 saylı laboratoriyasının fəaliyyət istiqamətinin genişləndiriliməsi və beynəlxalq təcrübələrdə iştirak etməsi məqsədi ilə 10 aprel 2019-cu ildə AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) ilə Çexiya Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutu (ETFİ) arasında detektorların hazırlanması və beynəlxalq təcrübələrdə birgə tətbiqi sahəsində əməkdaşlıq müqaviləsi imzalanmışdır (http://www.science.gov.az/news/open/ 10165). İmzalanmış bu müqavilə çərçivəsində SETM-nin 2 saylı laboratoriyasının müdiri f.ü.f.d Əhmədov Fərid və Radiasiya Problemləri İnstitunun böyük elmi işçisi f.ü.f.d Əhmədov Qadir 10-20 sentyabr tarixində Çexiya Respublikasına ezam edilmişdir. Ezamiyyət müddətində ETFİ-nin direktoru Dr. İ.Stekl ilə görüş keçirilmiş və görüləcək işlər haqqında müzakirələr aparılmışdır. Səfərin əsas məqsədi ETFİ ilə  birgə əməkdaşlıq çərçivəsində yeni hazırlanmış modulun gücləndirmə rejiminin seçilməsi, təkmilləşdirilməsi və onun tətbiq edilmə imkanları müzakirə edilmişdir. Yeni hazırlanmış detektorun spektroskopik rejimini yoxlamaq üçün Azərbaycanlı alimlərin təklifləri əsasında hazırlanmış MAPD sensorlarından və LFS ssintilyatorundan istifadə edərək Co-57 radioizatopunun şüalandırdığı qamma şüaların (14-122keV) qeydedilmə həssaslığı tədqiq edilmişdir. Göstərilmişdir ki, bu tip detektorlar ionlaşdırıcı şüalanmanın qeyd edilməsində uğurla tətbiq oluna bilər. Hazırlanmış modulun spektroskopiya sahəsində geniş tətbiq edilməsi üçün detektor modulunun 1keV-5000keV enerji intervalında  geniş tədqiq edilməsi qərara alınmışdır.

MAPD fotodiodu və LFS ssintilyatoru ilə qeydedilən qamma şüasının yükə görə paylanma spektri.

Bununla yanaşı səfər müddətində MAPD diodların həssaslığının quruluş boyunca dəyişməsini tədqiq etmək üçün Elektron mikroanalizator qurğusundan  istifadə imkanları araşdırılmış və gələcəkdə yüksək vakuumda MAPD diodlarının tədqiq edilməsi üçün lazım olan təcrübi dövrələr yığılmış və uğurla test edilmişdir. Elektron mikroanalizator qurğusu enerjisi 1keV-25keV intervalında dəyişən mono energetik  elektronların  alınmasını təşkil edəcəkdir. 

Hazırlanmış təcrübi dövrələrin Elektron mikroanalizator qurğusunda yoxlanması.

SETM-in əməkdaşlarının elektronika sahəsində ixtisaslarının təkmilləşdirilməsi və gələcəkdə birgə layihələrin işlənməsi üçün Çexiyanın Pilsen şəhərində yerləşən West Bohemia Universitetin (https://www.zcu.cz/en/index.html) əməkdaşı Doc. Dr. Ing. Vjačeslav Georgiev ilə görüş keçirilmiş və gələcəkdə beynəlxalq ERASMUS layihələrində birgə iştirak etmə imkanları müzakirə edilmişdir. 

Səfər ərəfəsində Çexiyanın NUVIA GROUP (https://nuvia.cz/en) firmasının detektorlar texnalogiyası bölməsinin direktoru Ph.D Hana Buresova və kollektivi  ilə görüşlər keçirilmişdir. Görüşdə AMEA-nın əməkdaşlarının  hazırladığı MAPD diodlarının parametrləri və onların tətbiq sahəsi haqqında seminar təşkil edilmişdir. NUVIA direktorunun təklifləri əsasında MAPD fotodiodlarının ssintilyator detektorlarında tətbiq edilməsi və gələcəkdə birgə əməkdaşlığın təşkil edilməsi qərara alınmışdır. Daha sonra NUVIA-nın detektorlar texnalogiyası bölməsinin direktoru ssintilyatorların yetişdirilməsi və hazırlanma texnalogiyası haqqında məlumat vermiş və zavodun imkanlarını göstərmişdir.