"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən məktəblilərin YT Parka elmi-təcrübə ekskursiyası təşkil olunub
27 sentyabr 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Xətai Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına əsasən Xətai rayonu Tahir Bağırov adına 59 saylı orta məktəbin şagirdlərinin AMEA Yüksək Texnologiyalar Parkına elmi-təcrübə ekskursiyası təşkil olunub.
Ekskursiya iştirakçılarını YT Parkın direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağır-zadə qarşılayıb. O, ilk öncə Texnopark haqqında ətraflı məlumat verərək bildirib ki, innovativ və yüksək texnologiyalar əsasında elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması YT Parkın əsas məqsədlərindəndir.
Ziyarətçilər ilk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının təşəbbüsü ilə qurulan, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzi (SEASM) ilə tanış olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
AMEA Təcrübə-Sənaye Zavoduna da baş çəkən məktəblilərə bildirilib ki, YT Parkın ilk rezidenti olan bu zavod beynəlxalq standartlara cavab verən sürtkü yağlarının istehsalı ilə məşğul olur. Zavodda müasir tələblərə cavab verən sürtkü yağlarının istehsalına imkan verən istehsal qurğuları və müasir laboratoriya – pilot kompleksi yaradılıb.
Ziyarətçilər 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə AMEA-nın birgə təsis etdiyi “Millers Oils Azərbaycan” MMC-nin məhsulları və istehsal sahəsi ilə də tanış olublar. Onlara burada istehsal olunan beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli sürtkü yağları, istehsal prosesinin mərhələləri, müasir kompüter texnikası vasitəsilə bir mərkəzdən idarə olunan sistem, malların qablaşdırılması xətti barədə məlumat verilib.
Ekskursiya heyəti sürtkü yağlarının istehsalı ilə məşğul olan hər iki müəssisəsin istehsal prosesində bilavasitə iştirak edib. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti elmi-praktiki məktəblilərin böyük marağına səbəb olub.