«Укроборонпром» Dövlət Konsernin V.O.Malışev adına Zavod" Dövlət müəssisəsinin rəhbər isçilərinin Azərbaycan Milli Elmlər Akademiyasına ezamiyyət Proqramı təsdiq edilib
SSRİ dövründə Müdafiə Sənaye Kompleksinin tapşırığı ilə əlaqədar AMEA-nın Aşqarlar Kimyası İnstitutu xüsusi texnika istehsal edən "V.O.Malişev adına Zavod"la elmi-texniki əməkdaşlıq edərək institut tərəfindan həmin zavodda istehsal edilən xüsusi texnika üçün xüsusi təyinatlı motor yağı (М-16ИХП-3) yaradılmış və istehsalı təşkil edilmişdir.
Müasir vəziyyətlə alaqədar Aşqarlar Kimyası İnstitutu qeyd olunan zavoda xüsusi tayinatlı dizel mühərrikləri üçün M-16MXI-3 tipli yeni motor yağlarının yaradılması və tətbiqi sahəsində əməkdaşlığı davam etdirmək təklifi ilə müraciət etmişdir. Zavod institutun taklifini məmnuniyyətlə qəbul etmiş və belə əməkdaşlığın onlar üçün vacib olduğunu vurğulamışdır.
Qeyd olunan istiqamətdə iki təşkilat arasında elmi-texniki əməkdaşlığı müzakirə etmək üçün zavod iki rəhbər işçini - keyfiyyət üzrə baş direktorun müavini Malakey Andrey Nikolayeviçi va mühərrikqayırma üzrə baş konstruktoru Ovçarov Yeqor Nikolayeviçi 30 oktyabr-2 noyabr müddətinə AMEA-ya ezam etmişdir.