AMEA YTP-nin direktoru, professor Elton Məmmədov Neft-Kimya Prosesləri İnstitutunda olub
Bu gün AMEA Yüksək Texnologiyalar Parkının (YTP) direktoru, texnika üzrə elmlər doktoru, professor Elton Məmmədov AMEA akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olub. Əvvəlcə institutun direktoru, akademik Vaqif Abbasov ilə görüş olub. Görüşdə institutun elmi işlər üzrə direktor müavinləri texnika üzrə elmlər doktoru, professor Hikmət İbrahimov, texnika üzrə elmlər doktoru, dosent Təranə Məmmədova, laboratoriya müdiri, aqrar elmlər üzrə elmlər doktoru Cəlal Məmmədov, institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Zaur Ağamalıyev, AMEA YTP-nin rezidenti İnkor MMC-nin baş direktoru Vüqar Fərəcov iştirak ediblər.
Akademik Vaqif Abbasov institut haqqında məlumat verib, tətbiqə hazır olan işlərə aid məlumatları təqdim edib. Müstəqillik illərində institutun tətbiq olunmuş işlərinin nəticələri əyani vasitələrlə nümayiş etdirilib. Əməkdaşlıq edilə biləcək istiqamətlər haqqında fikir mübadiləsi aparılıb.
Sonra qonaq institutun laboratoriyaları ilə və akademik Y.Məmmədəliyevin Momerial Muzeyi ilə tanış olub.
Qərara alınıb ki, əməkdaşlıq üçün iş planı hazırlamaq məqsədi ilə işçi qrupu hazırlansın.