AMEA Yüksək Texnologiyalar Parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib
Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının birlik şüarının simvolik günüdür. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.
İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 30 dekabr 2019-cu il tarixində AMEA Yüksək Texnologiyalar Parkında tədbir keçirilib.
YT Parkın inzibati binasında keçirilən tədbirdə qurumun rəhbərliyi və əməkdaşları iştirak etmişdirlər.
Tədbiri giriş sözü ilə açan “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin baş direktoru professor Elton Məmmədov qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kollektivi təbrik etmişdir.
Baş direktor qarşıdan gələn yeni ilin sevinc və uğur dolu olmasını diləmiş, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyətindən söhbət açmışdır.
Tədbir şirniyyat süfrəsi arxasında davam etdirilib.